Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Fənərbaxça" Marko Asensio transferini təxirə salıb.
Metbuat.az xəbər verir ki, klub prezident Əli Koç portuqaliyalı məşqçi Joze Mourinyo ilə transferlər barədə müzakirələr aparıb. İddia edilir ki, toplantıda bir sıra qərarlar qəbul edilib. Bildirilir ki, prioritet sol cinahdır və bu mövqeyə yüksək büdcə ayrılacaq. Bu səbəbdən Asensio transferi təxirə salınıb. Mourinyo sağ cinahda İrfan Can və Cengiz Ünderdən istifadə edə biləcəyini irəli sürüb.
Qeyd edək ki, "Fənərbaxça" indiyədək qapıçı Tarık Çətin, Con Duran və Arçi Braunla müqavilə imzalayıb. Məlumata görə, "Fənərbaxça"nın prezidenti Ali Koç bu mövsüm transfer işlərini şəxsən idarə edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.