AZ

Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda finalda Latviyaya (15:12) qalib gəlib.

1/4 finalda Çini üstələyən yığma (18:12), yarımfinalda Rumıniya təmsilçisi “Rapid” (21:15) üzərində qələbə qazanıb. Komandamız qrup mərhələsində Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.

Seçilən
22
11
sportinfo.az

10Mənbələr