Pakistanda başlayan musson yağışları nəticəsində azı 279 nəfər həyatını itirib, 676 nəfər isə xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1500-dən çox bina zədələnib, yüzlərlə insan təxliyə olunmağa məcbur qalıb.
Hadisə nəticəsində heyvandarlıq və kənd təsərrüfatına ciddi ziyan dəyib.