AZ

Suriya payızda parlament seçkilərinə hazırlaşır


Suriyanın yeni hakimiyyəti dövründə ilk parlament seçkiləri payızda keçirəcək. SANA agentliyinin xəbərinə görə, bu barədə Xalq Məclisinə Seçkilər üzrə Ali komissiyanın sədri Məhəmməd Taha əl-Əhməd bildirib. Onun sözlərinə görə, yeni seçkilər 15-20 sentyabr tarixlərində keçiriləcək.
Əsas dəyişikliklər arasında parlament yerlərinin sayının 150-dən 210-a qədər artırılması və 2011-ci il əhali siyahıya alınması əsasında yenidən bölüşdürülməsi var. Bunlardan 70 üzv birbaşa prezident tərəfindən təyin ediləcək. Əl-Əhməd vurğulayıb ki, cinayətkar hesab edilən qruplara dəstək verən və ya ölkədə məzhəblər və etnik qruplar arasında nifaq salmağa kömək edən namizədlər seçkilərə buraxılmayacaqlar.

Mətləb Salahov

Seçilən
20
2
baki-xeber.com

10Mənbələr