Bakı. Trend:
XXI əsrin xarici siyasət arxitekturasında Azərbaycan artıqgeosiyasi proseslərin obyekti yox, subyektidir. Son altı ay bununaydın sübutudur. 2025-ci ilin ilk yarısının yekunlarına əsasən,Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 24,2 faizartıb. Bu təkcə iqtisadi göstərici yox, həm də Avropa İttifaqınınfakt qarşısında qaldığını təsdiqləyən siyasi reallıqdır.Azərbaycanla strateji tərəfdaşlıq olmadan Aİ-nin enerji,infrastruktur və geosiyasi dayanıqlılıq sahəsindəki ambisiyalarıtəhlükə altındadır.
Uzun illər Aİ-nin Bakıya münasibəti ideoloji çərçivədəqurulurdu: əvvəl “dəyərlərə” uyğunluq, sonra əməkdaşlıq. Lakin2022-ci ildə Rusiyadan qaz asılılığının kəsilməsi fonunda yarananenerji böhranı Brüsseli kursunu dəyişməyə vadar etdi. 2024-cü iləgəldikdə isə Azərbaycan Aİ-yə OPEK-ə daxil olmayan ölkələr arasındaNorveçdən sonra ikinci ən iri qaz təchizatçısına çevrildi. 2023-cüildə Avropaya 13 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki,bu da əvvəlki illə müqayisədə 9,5 faiz artım deməkdir. Hədəfdəyişməyib - 2027-ci ilə qədər bu rəqəm 20 milyard kubmetrəçatdırılmalıdır.
2025-ci ilin martında Brüsseldə keçirilən nazirlər forumundaçıxış edən Aİ-nin energetika üzrə komissarı Kadri Simson açıqşəkildə bildirdi: “Azərbaycan bizim etibarlı tərəfdaşımızdır. BizCənub Qaz Dəhlizi vasitəsilə təchizatın diversifikasiyasına ümidedirik”. Bu bəyanat artıq diplomatik jest deyil, Avropanın CənubiQafqaza enerji asılılığının rəsmi etirafı idi.
Aİ-nin xarici siyasət xidməti rəhbəri Kaya Kallasın 2025-ci ilinaprelində Azərbaycana səfəri siyasi dönüş nöqtəsi oldu. Onun“Azərbaycanın Cənubi Qafqazda açar rol oynaması” ilə bağlı bəyanatısammit zalında yox, Avropa parlamentarilərinin bir neçə ay əvvəl“avtoritarizm” və “azlıqların hüquqlarının pozulması” ilə ittihametdiyi ölkənin paytaxtında səsləndi.
Ən önəmlisi isə odur ki, bu səfər zamanı nə Kallas, nə dənümayəndə heyətinin digər üzvləri Azərbaycanın ünvanına tənqidiaçıqlamalar vermədi - nə Qarabağ mövzusunda, nə də daxili siyasətləbağlı. Bu, misilsiz hadisədir. Xüsusilə də 2024-cü ilin oktyabrındaAvropa Parlamentinin “müxalifətin təqibi” və “QHT-lərinhüquqlarının pozulması” kimi marazmatik suçlamaların yer aldığısərt qətnaməni nəzərə alsaq. Kontrast açıqdır: Brüssel ritorikadanimtina etmir, lakin bu ritorikanı əməli addımlarla müşayiət etməyidayandırır.
Bəs yaxşı, nə dəyişdi? Azərbaycan heç bir güzəştə getmədi.Əksinə, 2023-cü ildə, bütün təzyiqlərə baxmayaraq, ölkənin bütünərazisi, o cümlədən Qarabağ üzərində suveren nəzarətini bərpa etdi.2024-cü ildə isə Bakı, Aİ tərəfindən təklif olunan və suverenlikməhdudiyyətləri yaradan bir neçə hüquqi sənədin ratifikasiyasındanimtina etdi.
Bununla yanaşı, Azərbaycan regional inteqrasiyanı gücləndirdi:Gürcüstan, Qazaxıstan və Özbəkistanla nəqliyyat-loqistika sahəsindəəməkdaşlıq dərinləşdirildi, Türkiyə ilə yeni sazişlər imzalandı,İƏT, Ərəb Dövlətləri Liqası və hətta BRİKS ölkələri ilə diplomatiktəmaslar aktivləşdirildi. Bütün bunlar Bakıya beynəlxalqdanışıqlarda yeni çəkidə mövqe qazandırdı.
Suverenlik müzakirə mövzusu deyil. Biz əməkdaşlığa açığıq, lakinyalnız qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında.
Cəmi bir həftə sonra Avropa Şurasının rəhbəri Antoniu Koşta AİP2028 sammitinin Bakıda keçiriləcəyini elan etdi. Bu artıqdiplomatiya yox, geosiyasi reallıqdır.
Avropa İttifaqı öz passivliyinin qurbanına çevrildi. Enerjikeçidi davam edir, lakin təchizat marşrutlarının etibarlılığı əsasməsələ olaraq qalır - qaz, hidrogen və nadir torpaq elementləriüçün. 2024-cü ildə Qırmızı dənizdə böhran və husilərin tankerlərəhücumu göstərdi ki, ən təhlükəsiz marşrut Xəzər və Cənubi Qafqazüzərindən keçir. Lakin Aİ bu reallığa cavab verə bilmir.
Azərbaycan Bakı limanının modernizasiyasına, TANAP-ıngenişləndirilməsinə və yeni logistika qovşaqlarının qurulmasına 2milyard dollardan çox sərmayə yatırıb. Amma Avropa tərəfi hələ dəaddım atmır. Avropa İnvestisiya Bankı 2022-ci ildən imzalanansazişlərə baxmayaraq, TAP-ın genişləndirilməsi və Bolqarıstandaenerji şəbəkələrinin modernizasiyasını maliyyələşdirməyib.
Aİ hələ də uzunmüddətli qaz müqavilələrinin 2049-cu ildən sonraqüvvədə qalmasına etiraz edir - Bakı isə bu şərti qeyri-real hesabedir. Prezident İlham Əliyev 2025-ci ilin aprelində açıqxəbərdarlıq etdi: “Əgər Brüssel baryerləri aradan qaldırmasa, bizdigər bazarlara yönələcəyik. Şərq gözləyir”.
Hazırda müzakirə olunan ən mühüm geo-iqtisadi layihələrdən biriTransxəzər qaz kəmərinin yenidən gündəmə gəlməsidir. TürkmənistanXalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıyasəfərində Aşqabadın Cənub Qaz Dəhlizinə qoşulması məsələsi müzakirəolunub. Bu, Aİ-yə Rusiya və İranı keçmədən türkmən qazına çıxışimkanı verəcək. Amma bu layihə Aİ-dən siyasi iradə tələb edir.
Türkmənistan artıq siqnal verib - Aşqabad hazırdır. SualAvropanın nə qədər hazır olmasındadır. Hələlik isə Brüsseldəstrateji apatiya hökm sürür: prioritet Qətər və ABŞ-dənmayeləşdirilmiş qazın alınmasına verilir, baxmayaraq ki, bu, həmbahalı, həm də risklidir.
Əgər 2025-ci ilin sonuna qədər Brüssel Transxəzər layihəsininmaliyyələşdirilməsi ilə bağlı qərar verməzsə, bu layihə Çin və yaTürkiyənin iştirakı ilə, lakin Avropasız reallaşdırıla bilər. Və ozaman Aİ Mərkəzi Asiyada təsir imkanlarını tamamilə itirəcək.
Baş verənlərin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan Avropageosiyasi sisteminə xahiş edən yox, bərabərhüquqlu tərəfdaş kimidaxil olur. O, Aİ-yə üzvlük tələb etmir, heç bir formata daxilolmağa çalışmır - gündəmi özü diktə edir: enerji, logistika vəregional sabitlik üzərində nəzarət vasitəsilə.
Yeni dövrün əsas qaydası budur: ölkənin geosiyasi çəkisi onun“Brüssel resepti” ilə neçə islahat keçirməsinə görə deyil, Avropaüçün nə qədər əvəzolunmaz olduğuna görə ölçülür. Azərbaycan bunusübut etdi.
Cavab sadədir: hər il Avropa İttifaqının manevr imkanlarıazalır. 2022-ci ildən bu yana Rusiya qazının idxalı 80 faizazaldığı üçün Aİ adi diversifikasiya imkanlarını itirib. Norveçmaksimal rejimdə işləyir, Əlcəzairin imkanları məhduddur, Liviyaqeyri-sabitdir, ABŞ-dən gələn qaz rekord dərəcədə bahadır, Qətərdəngələn qaz isə Fars körfəzi və Süveyş kanalı kimi riskli zonalardankeçir.
Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilin martında yaydığıhesabatda bildirilir ki, 2030-cu ilə qədər Avropada təbii qaztələbatı illik 380 milyard kubmetr səviyyəsində qalacaq. Butələbatın yalnız 40 faizi daxili və stabil mənbələr hesabınaödənilə bilər. Qalan hissə - problemdir. Və bu problemin həlligetdikcə bir sözlə ifadə olunur: Azərbaycan.
Cənub Qaz Dəhlizi (CQD), TANAP və TAP layihələrindən ibarətolmaqla, Avropanın enerji təhlükəsizliyinin təməl daşı kimi çıxışedir. Ümumi uzunluğu 3 500 kilometri keçən bu sistem Xəzər dəniziniCənubi və Mərkəzi Avropa ilə birləşdirir. TANAP-ın (Türkiyəərazisində) uzunluğu 1 850 km, TAP-ın (Yunanıstan, Albaniya,İtaliya üzrə) isə 878 km-dir. Bu boru kəmərləri artıq İtaliya,Bolqarıstan, Yunanıstan və Albaniyaya qaz nəqlini təmin edir.2024-cü ildən etibarən Macarıstana və Slovakiyaya da sınaq məqsədlitədarüklərə start verilib.
SOCAR-ın 2024-cü il üzrə açıqladığı rəqəmlərə əsasən İtaliyaya8,6 milyard kubmetr, Yunanıstana 1,5 milyard kubmetr, Bolqarıstana1,3 milyard kubmetr qaz ixrac olunub.
2025-ci il üçün TANAP-ın illik ötürücülük gücünün 24 milyardkubmetrə çatdırılması planlaşdırılıb. Fəqət TAP-ıngenişləndirilməsi Avropa İttifaqının birgə maliyyələşdirməsinitələb edir - əks halda İtaliya istiqamətindəki “boğaz effekti”bütün sistemin effektivliyini azaldacaq.
Bu gün Azərbaycan elə bir siyasi rasionalizm nümayiş etdirir ki,bu, Aİ daxilində bir çox qurumlarda çatışmır. Avropa Parlamentindəhüquq müdafiə təşkilatlarının növbəti hesabatı müzakirə olunduğuvaxtda, real siyasətdə əsas prioritet - sağ qalmaq və sabitlikdir.Bu sahədə isə Bakının konkret strategiyası var.
Birincisi, Azərbaycan çoxşaxəli siyasətə üstünlük verir. NəŞərqdə, nə də Qərbdə qapanmayan Bakı Türkiyə, Mərkəzi Asiya, ərəbdünyası, İƏT və türk dövlətləri ilə üfüqi əlaqələr qurur.
İkincisi, ölkə siyasi tərəfdaşlıq ilə ideoloji təzyiq arasındaaydın sərhəd çəkir. Bu baxımdan Bakı, hətta özündən daha böyükdövlətlərə belə diplomatik dərs verir.
Azərbaycan postsovet məkanında nə Avrasiya İqtisadi İttifaqına,nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulan yeganədövlətdir ki, eyni zamanda Rusiya ilə normal münasibətləri qoruyubsaxlayır. NATO-ya üzv deyil, amma “Sülh naminə tərəfdaşlıq”proqramında iştirak edir. Aİ-yə daxil olmaq niyyətində deyil, lakinAvropa Siyasi İcmasının sammitinə ev sahibliyi edir. Bu balanstəsadüfi deyil - bu, məqsədyönlü və düşünülmüş geosiyasi kursunnəticəsidir.
Bütün bu reallıqlar fonunda Aİ-nin mövqeyi ziddiyyətli görünür.Bir tərəfdən, avropalı diplomatlar və texnokratlar açıq etirafedirlər ki, Azərbaycan kritik əhəmiyyətli tərəfdaşdır. Digərtərəfdən isə, xüsusən Fransa və Benilüks ölkələrindən olan bəzisiyasətçilər və bürokratlar anti-Azərbaycan ritorikasını davametdirirlər.
Məhz buna görə Avropa Parlamentində tez-tez Azərbaycanın“avtoritarizm”, “media azadlığının boğulması” və “vətəndaşcəmiyyətinə təzyiq”lə ittiham olunduğu qətnamələr qəbul edilir. Busənədlər hüquqi gücə malik olmasa da, Aİ Şurası və AvropaKomissiyasının qərarlarına təsir göstərir, ümumi siyasi fonuzəhərləyir və infrastruktur layihələrinin inkişafına mane olur.
Ən parlaq nümunə - Fransadır. Prezident Emmanuel Makron2022–2024-cü illərdə Avropa Siyasi İcması təşəbbüsünün müəllifiolsa da, ardıcıl şəkildə Ermənistanı dəstəkləyib və Bakıya qarşıaçıq siyasi hücumlar həyata keçirib. Lakin indi o belə başa düşürki, Azərbaycan olmadan onun təşəbbüsü sadəcə formal akt olacaq.2028-ci il Avropa Siyasi İcması sammitinin Bakıda keçirilməsiqərarı da bu reallığın açıq etirafıdır.
2025–2028-ci illər üçün mümkün ssenarilərə nəzər salaq:
1. TANAP və TAP layihələrinin Avropa İttifaqı və Avropaİnvestisiya Bankının texniki dəstəyi ilə genişləndirilməsi.
2. Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması - bunun üçünTransxəzər boru kəmərinin inşası.
3. “Yaşıl enerji dəhlizi”nin inkişafı -Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan xətti ilə AvropayaAzərbaycan elektrik enerjisinin ixracı (Green Energy Corridorlayihəsi).
4. Orta Dəhliz çərçivəsində loqistik əlaqələrindərinləşdirilməsi - Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyəniniştirakı ilə.
5. Aİ ilə koordinasiyada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyaölkələri arasında enerji və nəqliyyat alyansının təşəkkültapması.
Bu gün Azərbaycan Avrasiyanın yeni siyasi-iqtisadiarxitekturasının konturlarını formalaşdırır. Artıq “bölgələrarasında yerləşən ölkə” yox, Avropa İttifaqı, Mərkəzi Asiya vəYaxın Şərq arasında mərkəzi qovşağa çevrilir.
Bəhs etdiyimiz uğur xarici rəğbətin deyil, stratejiuzaqgörənliyin və ustalığın nəticəsidir. Azərbaycan coğrafiyasınıgeosiyasətə, enerji resurslarını siyasi təsirə, müstəqilliyini isəhörmətə çevirə bildi.
Köhnə geosiyasi paradiqmalar dağıldığı bir dövrdə gələcək dünyanizamının məntiqini məhz Azərbaycan kimi dövlətlər müəyyən edəcək -çoxqütblü, praqmatik və maraqlara əsaslanan bir düzən. Avropa artıqbunu anlayıb. Qalanlara isə bu reallığı dərk etmək hələqarşıdadır.