Olaylar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyinin məqaləsində yazılıb.
"Zelenski prezident kimi vəzifəsini icra etmək istəyirsə, bunu etməlidir. Onun korrupsiya ilə mübarizə aparmaması qəhrəmanlıq imicini sarsıdıb", - nəşr bildirib.
Agentlik xatırladıb ki, Ukrayna prezidentinin reytinqi təxminən 25 faizdir.
Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti yazıb ki, Qərb dövlətləri Zelenskinin Ukraynanın antikorrupsiya agentliklərinə qarşı hərəkətlərinə görə ondan çox məyus olublar.
Qeyd edək ki, iyulun 22-də Ali Rada Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAPO) bütün müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun layihəsini dəstəkləyib. Zelenski daha sonra qanun layihəsini imzalayıb.