AZ

Audiovizual Şura 3 qanun pozuntusunu aşkar etdi

2025-ci ilin may, iyun və iyul ayları ərzində aparılmış monitorinqlər nəticəsində 3 qanun pozuntusu faktı aşkar edilib və bu hallar üzrə müvafiq qanunauyğun tədbirlər görülüb.

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, bu pozuntulardan ikisi "Media haqqında" Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri isə 38-ci maddəsinin (yayım hüququ) tələblərinin pozulması ilə bağlı olub. Aşkar edilmiş pozuntularla əlaqədar yayımçılara 3 xəbərdarlıq edilib. Bu müddət ərzində cərimə tətbiqi ilə bağlı heç bir protokol tərtib olunmayıb.

Seçilən
12
9
publika.az

9Mənbələr