AZ

Vəlayəti: Zəngəzur layihəsi İran və Rusiyanı mühasirəyə almaq məqsədi daşıyır – ÖZƏL

İran İslam İnqilabı liderinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı məsələlərə toxunub. 

Olaylar.az xəbər verir ki, o, bu fikirləri Şeyx Səfiəddin İshaq Ərdəbilinin anım mərasimi münasibətilə yayımladığı müraciətdə səsləndirib.

Vilayəti bildirib ki, "Böyük İran milləti tarix boyunca, xüsusən də sionist rejim və ABŞ-nin son hücumları qarşısında misilsiz birlik, ayıqlıq və həmrəylik nümayiş etdirib. Bu birlik İran-İslam mədəniyyətindən qaynaqlanır və daim azadlıq axtaran dünya xalqları üçün ilham mənbəyi olub."

O, əlavə edib ki, "İranın düşmənləri - xüsusilə qlobal sionizm və ABŞ - bu tarixi birliyə və İranın strateji gücünə qarşı daim narahatlıq keçiriblər. Onlar milli təhlükəsizliyimizə zərbə vurmaq və bu kimliyi sarsıtmaq məqsədilə "Zəngəzur dəhlizi" kimi layihələrdən bir örtük kimi istifadə edirlər. Bu layihənin əsas məqsədi müqavimət xəttini zəiflətmək, İranla Qafqaz arasındakı əlaqəni qırmaq və İranla Rusiyanı regionun cənubundakı quru sərhədlərindən mühasirəyə almaqdır."

Vilayəti deyib ki, bu layihə yalnız İran və Rusiyaya qarşı deyil, həm də ABŞ-nin yeni cəbhə yaratmaq, Qafqazı Ukraynanın yerinə təzyiq alətinə çevirmək planının bir hissəsidir. O, bu istiqamətdə NATO və bəzi pantürkist dairələrin dəstəyinə diqqət çəkib.

İranın bu cəhdlərə qarşı ilk gündən etiraz etdiyini vurğulayan Vilayəti, "Biz sərhəddə qoşun yığmaq və təlimlər keçirməklə açıq şəkildə mövqeyimizi ortaya qoymuşuq. Bu, milli təhlükəsizliyimizi qorumaq üçün qırmızı xəttimizdir. Passiv mövqe əvəzinə "aktiv qabaqlayıcı" siyasət İslam Respublikası İranın ağıllı strategiyasıdır," - deyə qeyd edib.

O həmçinin bildirib ki, hazırda düşmən iqtisadi görünümlü, lakin əslində parçalaycı planlarla İranın geosiyasi dərinliyinə nüfuz etməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr