AZ

İranda iki ABŞ vətəndaşı saxlanılıb

İsrail İctimai Yayım Şirkətinin ("Kan") yaydığıməlumatagörə, tutulan ABŞ vətəndaşları da yəhudi mənşəlidirlər. Onların İrana öz yaxınlarına baş çəkmək üçün gəldikləri bildirilib.

ABŞ vətəndaşlarından biri girov müqabilində azadlığa çıxsa da,digəri hələ də həbsdədir.

"Kan"ın məlumatına əsasən, İran hökuməti son günlərdə casusluqda təqsirləndirilənümumilikdə 11 yəhudini sərbəst buraxıb.

Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
20
2
azvision.az

3Mənbələr