AZ

"AAAF Park" yaşayış kompleksində 300-dən çox ailə mənzillərinə çıxarış ala bilmir

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksində 300-dən çox ailə illərdir ki, çıxarış problemini həll edə bilmir.

Publika.az xəbər verir ki, bir qrup sakinmüraciətində bildiriblər ki, kompleksin 19 saylı küçəsində problemlər təkcə bununla da bitmir.

Sakinlər deyiblər ki, 300-dən çox ailə mülkiyyət hüquqlarının rəsmi şəkildə tanınmaması səbəbindən bir çox hüquqi xidmətlərdən istifadə edə bilmirlər.

Ərazidə çəkiliş apararkən bizə yaxınlaşan binanın komentdantı bildirdi ki, binada yaşayış olsa da. Tam istifadəyə verilməyib. Binaya qaz veriləndən sonra çıxarış problemi də həll ediləcək.

Seçilən
28
2
publika.az

3Mənbələr