AZ

Pambıq mahlıcı və ipliyinin istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 46 min tondan çox pambıq mahlıcı, 9,3 min tona yaxın pambıq ipliyi istehsal edilib.

 Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bildirilib ki, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 30,1 faiz, pambıq ipliyinin istehsalı isə 28,6 faiz artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 26,9 min ton, pambıq ipliyi üzrə isə 5,4 min ton təşkil edib.

Seçilən
33
1
operativmedia.az

2Mənbələr