AZ

Azərbaycan - İslandiya matçının stadionu məlum oldu

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İslandiya ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, D qrupunun V turunda təşkil olunacaq görüş 8-ci km stadionunda ("Neftçi Arena") oynanılacaq.
 
Noyabrın 13-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
 
Qeyd edək ki, Azərbacan millisi seçmə mərhələdə İslandiya ilə yanaşı, Fransa və Ukrayna ilə də mübarizə aparacaq.
Seçilən
25
3
moderator.az

4Mənbələr