AZ

Memarlıq və İnşaat Universitetində yeni təqaüd proqramına başlanılıb

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Holberton School Azerbaijan” ilə birgə həyata keçirdiyi təqaüd proqramının rəsmi açılış mərasimi olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Holberton School Azerbaijan”ın icraçı direktoru Şəmsi Bayramzadə tələbələri təbrik edib, məktəbin fərqli yanaşmalarından və tələbələr üçün mövcud imkanlarından danışıb, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra AzMİU İKT Mərkəzinin direktoru Sərxan Talıbzadə layihənin məqsədləri, tələbələr üçün yaratdığı imkanlar, praktiki İT biliklərinin mənimsənilməsinin əhəmiyyəti haqqında məlumat verib.

Çıxış edənlər proqramın tələbələrə qlobal rəqabətə davamlı bacarıqlar qazandıracağını, innovativ yanaşmanı təşviq edəcəyini və ölkədə İT sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıblar.

Qeyd edək ki, bu proqrama müxtəlif ixtisaslar üzrə seçilən 32 tələbə 100 faizlik təqaüdlə 9 ay boyunca “Computer Science”, “Software Engineering” təlimləri alacaqlar.

Tədbirin sonunda mentorlar iştirakçılarla təcrübələrini bölüşüblər və dərslərə start verilib.

 

 

 

Seçilən
21
2
azertag.az

3Mənbələr