AZ

Şimali Koreya Çinlə strateji tərəfdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyib

Koreya Respublikası və Çin Cənubi Koreyanın Kencu şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti ərəfəsində ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətlərini ifadə edib və sıx strateji əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlib.

Bu barədə “Report” Koreya XİN-ə istinadən məlumat verir.

Koreya Respublikasının xarici işlər naziri Ço Hen bu vəzifəyə təyin olunduqdan sonra ilk telefon danışığını Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə aparıb.

"Tərəflər qarşıdan gələn sammitin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ ola biləcəyini bildiriblər", - XİN-in bəyanatında deyilir.

Bundan əlavə, onlar yüksək səviyyəli dialoqu davam etdirmək və qarşılıqlı fəaliyyətdə real nəticələrə nail olmaq səyləri barədə razılığa gəliblər.

Söhbətin sonunda nazir Ço çinli həmkarını Cənubi Koreyaya rəsmi səfərə dəvət edib. Nazir Van hər iki tərəf üçün münasib vaxtda ölkəyə səfər etməyə hazır olduğunu təsdiqləyib.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti bu il 31 oktyabr - 1 noyabr tarixlərində Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Kyonçju şəhərində keçiriləcək.

Seçilən
24
report.az

1Mənbələr