AZ

"Gəncə" millinin voleybolçusu ilə güclənib

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “sarı-göylər” Keniya milli komandasının üzvü Şeron Çepçumba ilə müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Vyetnamın "Hoa çat Durc Qianq Lao Cai" komandasında keçirib.

Oyunçu karyerası ərzində Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.

"Çumba" ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub. Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub

Seçilən
42
11
90deqiqe.az

10Mənbələr