Naxçıvan, 28 iyul, AZƏRTAC
Naxçıvan şəhər sakini, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri, 1967-ci il təvəllüdlü Şahsuvar Qasım oğlu Suvarovun meyitinin suda - “Araz Su Elektrik Stansiyası” yaxınlığında olması barədə rayon Prokurorluğuna məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.
Hadisə yerinə baxış keçirilib, həmin şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.