AZ

Putin gəncliyində bu peşə ilə məşğul olub MARAQLI DETALLAR KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1970-ci illərdə Rusiya Prezidenti Vladimir Putinin filmlərdə kaskadyor kimi iştirak etdiyi üzə çıxıb.

KONKRET.az xəbər verir ki, bu fakt ilk dəfə 2017-ci ildə “Dojd” telekanalında yayımlanan “Piterskie” sənədli serialında açıqlanıb. Serialda bildirilir ki, Putin dostları — sambodan olan idmançılarla birlikdə filmlərdə çəkilib. SSRİ-də həmin dövrdə kaskadyorlar tez-tez idman bölmələrindən seçilirdi.

Putinin dostu və “Vladimir Putinlə birlikdə cüdo öyrənirik” kitabının həmmüəllifi Vasili Şestakovun sözlərinə görə, onlar birlikdə “Blokada”, “İjor batalyonu” və daha bir filmdə çəkiliblər. “Bizə o dövr üçün yaxşı pul verirdilər — həmin pulla restorana getmək mümkün idi”, — deyə Şestakov xatırlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
konkret.az

2Mənbələr