AZ

"Yeni transferlərin edilməsi üçün çox çalışırıq" - Kaxaber Sxadadze

Yoxlama oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze klubun saytına açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Bu yoldaşlıq oyunudu. Burda da vacib anlar var. İlk olaraq onu deyim ki, futbolçularım xeyli yükləmədədi. Buna baxmayaraq, hələ çox işləməli, çox artırmalıyıq. Yeni futbolçularımız da var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdi. Əlbəttə, səhvlərimiz çoxdu. Üzərində işləməli olduğumuz xeyli məqamlar var. Qalib gəlməyimiz o demək deyil ki, rahat olmaq lazımdı. Rahatlaşmaq əsla yolverilməzdi. Çatışmayan çox nüanslar var. Bundan öncəki matçlarda daha yaxşı oynamışdıq. Bu dəfə isə əksər futbolçular 80 dəqiqədən çox meydanda oldular. Hələ çox işləməli, çox irəli getməliyik”.

Baş məşqçi yeni transferlər haqda da danışıb:
“Transferlər də olmalıdı. Bu məsələ hazırda ən vacib məsələlərdən biridi. İdman direktorumuzla yeni transferlərin edilməsi üçün çox çalışırıq. Fərqindəyik ki, güclənmək lazımdı. Həm də düzgün istiqamətdə güclənmək”.
Seçilən
104
7
football-plus.az

10Mənbələr