AZ

Dünya şöhrətli müğənninin oğlu vəfat etdi

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünya şöhrətli livanlı müğənni Feyruzun oğlu, bəstəkar Ziyad Rəhbani 69 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, anası üçün bir çox mahnı bəstələmiş Rəhbaninin ölüm səbəbi açıqlanmayıb.

1970-ci illərdə sənət aləminə qədəm qoyan Rəhbani həm siyasi satira teatrı sahəsindəki yenilikçi əsərləri, həm də musiqi aləminə töhfə verdiyi bəstələri ilə tanınırdı.

Korrupsiyanı tənqid edən satiralar yayımlayan radio proqramları ilə də məşhurlaşan Rəhbani Livanın aparıcı qəzetlərində yazdığı tənqidi məqalələrlə şöhrət qazanmışdı.

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” təsdiqləndi

Qalmaqallı rep qrupuna görə festivalı maliyyələşdirməkdən imtina etdilər

"Kurtlar vadisi”nin aktyoru küçədə yemək satır

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
kulis.az

2Mənbələr