AZ

Qarabağ ın rəqibi Bakıya nə vaxt gəlir?

ain.az bildirir, Fanat portalına istinadən.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Şelburn"un Bakıya səfər proqramı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, İrlandiya çempionu cavab görüşü üçün Bakıya bu gün axşam saatlarında gələcək.

Qonaq komanda paytaxtda "Wyndham Garden Baku" hotelində məskunlaşacaq.

Qeyd edək ki, "köhlən atlar" İrlandiyanın paytaxtı Dublində reallaşan ilk qarşılaşmada 3:0 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Şelburn" dueli iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
fanat.az

2Mənbələr