AZ

ISW: “Ruslar Ukraynada irəliləyir”

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Tədqiqi İnstitutu (ISW” belə məlumat yayıb. Rusiya mətbuatının məlumatına görə, Rusiya qüvvələri Stepnoqorskun cənub kənarına doğru irəliləyib və Plavnoye kəndini işğal edib ki, bu da şəhərə artilleriya zərbələri endirmək təhlükəsi yaradır. “Rusiya qoşunları Primorskoyedən cəmi 7 km, Beselyankadan isə 11 km aralıdadır. Onların fikrincə, hazırkı irəliləyiş cəbhə xəttini gücləndirmək və arxadakı rayonları Ukrayna Silahlı qüvvələrinin mümkün hücumlarından qorumaq məqsədi daşıyır”, - ISW-nin analitikləri vurğulayırlar. Dünənə olan məlumata əsasən, Qulyaypolye istiqamətində aktiv hərbi əməliyyatlar qeydə alınmayıb. Ukraynanın “Deep State” hərbi-analitik layihəsi, öz növbəsində, Rusiya ordusunun Konstantinovkadan cənuba və Popov Yar kəndi ərazisində irəlilədiyini bildirib. - Ruslar həmçinin Dnepropetrovsk vilayətinin sərhədi yaxınlığında, Zelenyi Qay-Poddubnoye xətti boyunca üç yerdə irəliləyiblər”, - məlumatda bildirilir. Eyni zamanda, Jitomir və Xmelnitski vilayətləri istiqamətində üç “Kinjal” raketi buraxılıb, Xmelnitski vilayətində partlayış baş verib. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
azvision.az

3Mənbələr