AZ

Tovuzda yol qəzası: Xəsarət alanlar var FOTO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, qəza rayonunun Düz Çırdaxan ərazisində yol qovşağında baş verib.

Qazax rayonundan Tovuz istiqamətinə hərəkət edən "Mersedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək hündürlükdə yerləşən qovşağı dönərkən aşıb.

Nəticədə 1966-cı il təvəllüdlü Asiya Əzizova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarərləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirlib. Vəziyyətləri orta-ağırdır.

Xəsarət alan digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
4
avtosfer.az

5Mənbələr