Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xırdalanda dayanma-durma qaydasını kobud şəkildə pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 90-UY-632 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək yolun kənarında alış-veriş edib. Bu zaman hər iki istiqamətdən gələn avtomobillərin hərəkətinə maneə yaradıb. Videodan da aydın şəkildə görünür ki, qarşılıqlı hərəkət çətinləşdiyi üçün əks tərəfdən gələn sürücü dayanaraq yol verib. Yəni, bir nəfər öz rahatlığını düşündüyü üçün, onlarla sürücünün rahatlığını pozub.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.