AZ

"Aris" - "Araz-Naxçıvan" matçını yayımlayacaq kanal bəlli oldu

Konfrans Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Aris" - "Araz-Naxçıvan" görüşünü yayımlayacaq kanal müəyyənləşib...

Poliqon xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Sözügedən görüş "İdman TV"də canlı yayımlanacaq. Matç iyulun 31-də Yunanıstanda keçiriləcək və saat 22:15-də başlayacaq.

Bu komandalar arasında Bakıda oynanılan ilk matçda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qələbə qazanıb.

Poliqon.info

Seçilən
28
5
poliqon.info

6Mənbələr