AZ

DSX-də xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair müşavirə keçirilib

Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

Bu barədə qurumdan məlumat verilib.

Müşavirədə DSX rəisi general-polkovnik Elçin Qu­liyev tərəfindən Azərbay­can tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möh­təşəm tədbirlər nəti­cə­sində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhə­miyyət daşıması və ərazi bütövlü­yü­müzün tam bərpa edilməsi ilə əla­mət­­dar olması xüsusi vurğulanıb.

Bu nailiyyətlərin dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahə­sin­dəki ideya və düşüncə­lərinin ardıcıl reallaşdırılması, Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti sayəsində əldə edilməsi qeyd edilib.

7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə kompleksində yaradılmış şəraitlə tanış olmasının, DSX-nin 2 zabitini general-mayor ali hərbi rütbəsinə layiq görməsinin, gös­tərdikləri igid­liyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib.

Tədbirdə Prezident İlham Əliye­vin Azər­baycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək sə­viy­yədə yerinə yetiril­məsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədin­dən buraxılış məntəqəsinin yaradıl­ması ilə yekunlaşan unikal əməliyyatın keçiril­mə­si, eləcə də lokal xarakterli antiterror əməliyyatında DSX-nin döyüş tapşırıq­larının tam həcmdə yerinə yetirilməsi ciddi nailiy­yətlər sırasında xüsusi olaraq vurğu­lanıb. O cümlədən 2023-cü ildə DSX-nin əldə etdiyi əsas nailiyyətlər sırasında:

- iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sər­hədçinin yaralan­masına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;

- dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axta­rışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;

- ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;

Seçilən
137
18
aznews.az

10Mənbələr