AZ

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

Bizneslərə daha effektiv və müasir müştəri xidmətləri göstərilməsi məqsədilə lider mobil operator “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması”nı istifadəyə verir.

Mia.az xəbər verir ki, yeni platforma müxtəlif rəqəmsal kanallar (vatsap, instaqram, feysbuk, SMS, veb-çat və s.) vasitəsilə daxil olan müştəri sorğularını vahid mərkəzdən idarə etməyə və operativ şəkildə cavablandırmağa imkan yaradır. Bu, bizneslə müştərilər arasında ünsiyyətin səmərəli, operativ və keyfiyyətli şəkildə aparılmasını təmin edir. Platforma, eyni zamanda, əvvəlki yazışmaları yadda saxlamaq, real vaxtda fərdi təkliflər hazırlamaq və rəqəmsal kampaniyaları avtomatlaşdırmaq kimi üstünlüklər təqdim edir.

Ətraflı məlumat üçün: Müştəri əlaqələrini bütün kanallarda gücləndirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə

Seçilən
108
10
mia.az

10Mənbələr