AZ

ANAMA 1354 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2025-cü il iyulun 21-dən 27-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1354.2 ha ərazi yoxlanılıb, 46 ədəd piyada əleyhinə mina, 15 ədəd tank əleyhinə mina və 1097 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Seçilən
43
2
poliqon.az

3Mənbələr