AZ

AEBA nümayəndələri İrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nümayəndə heyətinin yaxın iki həftədə İrana səfəri gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
O deyib ki, bu səfər zamanı əməkdaşlığın davam etdirilməsi yolları müzakirə olunacaq.
"Yeni qanuna uyğun şəkildə əməkdaşlıq formaları nəzərdən keçiriləcək",- diplomat qeyd edib.
Xatırladaq ki, iyulun 2-də İran Prezidenti Məsud Pəzəşkian AEBA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunu imzalayıb.
Seçilən
28
1
sherg.az

2Mənbələr