AZ

Bəqayi: "Cənubi Qafqaza müdaxilə yolverilməzdir"

Bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi jurnalistlərəaçıqlamasındadeyib. O bildirib ki, rəsmi Tehranın sözügedən regiondakı vəziyyətlə əlaqədar mövqeyi dəyişməz qalır.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıyıq. Regionda nəqliyyat əlaqələrin inkişafını dəstəkləyirik, amma bu, iqtisadi artıma töhfə verməli, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə toxunmamalı və Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirməməlidir",– Bəqayi vurğulayıb.
İran XİN: "BAEA ilə əməkdaşlığı canlandıracağıq"

O söyləyib ki, Tehran regionda meydana gələn hadisələri diqqətlə izləyir və həm Azərbaycan, həm də Ermənistanla sıx təmasdadır.

Firudin Həmidli
AzVision.az
Seçilən
21
1
azvision.az

2Mənbələr