“Əl Nəsr” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Çelsi”dən Joao Felikslə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Əl Nəsr”in portuqaliyalı hücumçu ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
“Çelsi” futbolçusunun satışından bonuslarla birlikdə 50 milyon avro qazanacaq.
Feliks ötən mövsümü “Milan”da icarədə olub.