İyulun 27-də Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində, qardaşı oğlu 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, iyulun 27-də saat 23:55 radələrində xəsarət alan 1973-ci il təvəllüdlü şəxs (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Göstərilən tədbirlərə baxmayaraq, iyulun 28-də saat 00:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyat zamanı hadisəni törədməkdə şübhəli bilinən Fidayıl Mirzəməmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.