AZ

“Instagram”da məkan paylaşımını necə söndürmək olar?

Bakı. Trend:

“Instagram”ın yeni “Friend Map” funksiyası real vaxtda məkanpaylaşımını avtomatik aktiv edir və bu, istifadəçilərin fərqindəolmadan da yer məlumatlarını bölüşməsinə səbəb ola bilər.

Trend xəbər verir ki, xüsusilə hekayələr, canlıyayımlar və postlar zamanı bu məlumatlar sistemlə paylaşıla bilər.Məxfiliyinizi qorumaq üçün bu funksiyanı deaktiv etməyiniz tövsiyəolunur.

Məkan paylaşımını söndürmək üçün bu addımlarıizləyin:

1. “Instagram” tətbiqini açın.

2. Profilinizə keçin və yuxarı sağ küncdəki üç xətt (≡)işarəsinə toxunun.

3. Parametrlər və fəaliyyətlər bölməsini seçin.

4. Məzmununuzu kim görə bilər? menyusuna daxil olun.

5. Hekayə, canlı yayım və məkan bölməsinə keçin.

6. Məkan paylaşımı seçiminə toxunun.

7. Ayarları açın düyməsini seçin.

8. Açılan menyudan “Heç vaxt” variantını işarələyin.

Bu dəyişiklikdən sonra “Instagram” artıq sizin yeriniziavtomatik paylaşmayacaq.

Qeyd edək ki, məxfiliyinizi təmin etmək üçün bu ayarı mütəmadiyoxlamağınız tövsiyə olunur.

Seçilən
19
5
az.trend.az

6Mənbələr