AZ

Karapetyan meydana gəncləri atır

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az bildirir ki, Ermənistanda həbsdə yatan erməni əsilli rusiyalı sahibkar Samvel Karapetyan belə açıqlama verib. İş adamının bəyanatını onun qardaşı oğlu Narek Karapetyan “Facebook” sosial şəbəkəsində paylaşıb. “Bizim gələcəyimiz fəaliyyətdə olan bu kiçik qrupun uğursuzluqlarındadır. Prinsipcə yeni siyasi qüvvəmiz, yeni formalaşan komandamız ilk növbədə gənclərə arxalanacaq. Tariximizin yeni, çoxdan gözlənilən və arzulanan səhifəsini öz yolumuzla açacağıq”, - Samvel Karapetyan bildirib.

Karapetyanın işində gözlənilməz qərar | VİDEO

“Mövcud hökumət nəyi etməyib?” başlıqlı növbəti məktubda Karapetyan həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti erməni xalqının iradəsini cilovlaya, erməni gənclərini ruhdan sala, erməni kilsəsinin missiyasına inamını qıra, jurnalistləri və söz azadlığını susdura bilməyib. - İnformasiya terroru, yalan və manipulyasiya zənciri qırılır və öz işini fədakarlıqla yerinə yetirən əsl jurnalistlərin sayəsində reallıq cəmiyyətimiz üçün əlçatan olur”, - rusiyalı milyarder iddia edib. Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də Ermənistanda saxlanılıb. Onun vəkili Armen Feroyanın sözlərinə görə, iş adamı respublikada hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunub. Elə həmin gün İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. Samvel Karapetyan itithamlarla razılaşmır. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azvision.az

1Mənbələr