UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” matçını yayımlayacaq kanal məlum olub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisinin oyununu “İdman TV” canlı yayımlayacaq.
İyulun 31-də Salonikidə keçiriləcək görüşə saat 22:15-də start veriləcək.