“Sazz” bu ölkədə ən yiyəsiz internet provayderdi.
Mia.az xəbər verir ki, adıçəkilən provayderdən şikayətlərin ardı-arası kəsilmir.
Heç abunəçilərinin sayı da bəlli deyil. Heç bir yerdə açıqlanmır. Bəzi mənbələrdə bu informasiya üçün pul ödəməlisən. Müəmma bir şirkət. Öz işçilərinin sayı 4000 nəfərə yaxındı. Amma abunə sayı? Onların bazar payı? Bu barədə konkret rəqəmlər heç bir açıq mənbədə yoxdu. Dataxis və digər analitik platformalardan da belə məlumatları yalnız ödəniş əsasında ala bilərsən. Məsələn, mən gərək Dataxis, BuddeComm və ya digər telekom-bölüm analitiklərinin ödənişli hesabatlarına abunə olum ki, Sazzın abunəçilərinin sayı barədə məlumat alım. Əvəzində onların texnoloji məlumatları hər yerdə adamın gözünə girir. Xidməti satarkən hər dona girirlər.
Nə gözəldi bu məmləkət? Ceyhun Mollazadə deyilən biri oturub Amerikada, pul dəzgahı da burada partapart işləyir.
Əvvəlcə abunəçiləri minbir yolla tovlayırlar: elə sosial şəbəkələrdən, intetnet üzərindən şirin kampaniyalar aparır, müştəri toplayıb aradan çıxırlar. 191-in əlində əsəbin, konturun və pulun gedir. Abunəçilərin xeyir-şərinə dönüb 191 qaynar xətti: camaat bundan başqa qapı tanımır.
Bu nə tələdisə, onu Ceyhun Mollazadə yaxşı qurub. Necə olmasa, keçmiş diplomatdı, təmkinlə pul qazanmağı yaxşı bilir. Qardaşı Asim Mollazadə də pis yaşamır, illərdi, deputatdı.
Zülfiyyə Mustafayeva
MİA.AZ