AZ

Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə vəinformasiya memorandumuna dair tələblər haqqında Qaydalar”(Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqlaprospekt sənədlərinin şablon formaları hazırlanıb.

Trend bu barədəAMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni hazırlanmış şablonların əsas məqsədiemissiya prospektlərinin və informasiya memorandumlarının tərtibizamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərinümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesininemitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildətəşkil olunmasıdır.

Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcıvə izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ənçox sual doğuran və nöqsanların ən çox rast gəlindiyi bəndlər üzrəizahlı qeydlərin hazırlanmasına xüsusi diqqət yetirilib. Buqeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsaitrolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkanverəcəyi gözlənilir.

Bundan əlavə, Mərkəzi Bank tərəfindən kapital bazarındalisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin dahadolğun anlaşılması məqsədilə lisenziya prosedurlarına dairtəlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırmanınmərhələləri, hər bir prosesdə tələb olunan sənəd və məlumatlar,müraciətlərə baxılma müddətləri və lisenziyanın ləğvi üçün əsaslaradair izahlı məlumatlar qeyd olunub.

Təlimatlarla Mərkəzi Bankın rəsmi internet səhifəsindənaşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:

Emissiya prospektləri: https://www.cbar.az/page-884/emissiya-prospketi-v-informasiya-memorandumlarina-dair-sablon-formalar

Lisenziya prosedurları: https://www.cbar.az/page-885/lisenziya-prosedurlarina-dair-tlimatlar

Mərkəzi Bank qiymətli kağızlar bazarında iştirak edən bütüntərəflərin fəaliyyətini dəstəkləmək və normativ uyğunluğun təminolunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də bu kimitəşəbbüsləri davam etdirməyi planlaşdırır.

Seçilən
85
11
az.trend.az

10Mənbələr