Olaylar.az xəbər verir ki, bu barədə Tailand hökuməti məlumat yayıb.
"Ölənlər arasında ən azı 14 mülki şəxs və 8 hərbçi, xəsarət alanlar arasında isə 37 mülki şəxs və 103 hərbçi var", - deyə bildirilib.
Qeyd edək ki, iyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədində mübahisəli ərazidə quru qoşunları arasında atışmalar başlayıb.
Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib, daha sonra isə ölkənin Hərbi Hava Qüvvələri qonşu dövlətin ərazisindəki hədəflərə zərbələr endirib.
İyulun 25-də bildirilib ki, Tayland Kamboca ilə münaqişənin həllində Malayziyanın vasitəçiliyinə razılıq verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31