AZ

Yüksəliş in qalibləri HARADA İŞLƏYİR?

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

5 ildir ki, ölkəmizdə keçirilən "Yüksəliş" müsabiqəsində  idarəçiliklə məşğul olan 21 yaşdan 51 yaşınadək Azərbaycan vətəndaşları iştirak edir. Bu müsabiqənin əsas məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək və dəstəkləməkdir.

Qeyd edək ki, inidyədək keçirilən “Yüksəliş” müsabiqəsində ümumilikdə 72 nəfər qalib gəlib. Onların 16-sı qadıdır. Qaliblər müxtəlif dövlət və özəl sektorlarda yüksək vəzifələrdə çalışırlar.

Modern.az “Yüksəliş” müsabiqəsinin qaliblərinin hazırda harada çalışdığını araşdırıb.

Orxan Quliyev

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş texnologiya və rəqəmsallaşma inzibatçısı — Rəqəmsal transformasiya departamentinin direktoru vəzifəsinə çalışır. Eyni zamanda, Bakı Ali Neft Məktəbində müəllim kimi fəaliyyət göstərir.

Ziya Mürsəlzadə

İqtisadi məsələlər üzrə vitse-prezidentin müavini vəzifəsində çalışır. Eyni zamanda, həm BANM-da MBA ixtisasında, həm də UNEC Beynəlxaq İqtisadiyyat Məktəbində müəllim kimi fəaliyyət göstərir.

Fərrux Əliyev

PAŞA Holdinq nəzdində yeni yaradılmış Future Lab-da baş icraçı direktor vəzifəsində çalışır.

Leyla Xəlilova Rzazad

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışır. AFFA İcraiyyə Komitəsinin üzvüdür.Orxan Yusibov

 “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş icraçı direktorunun müavini vəzifəsində çalışır.

Kamil Alıyev

 “Azərbaycan hava yolları” QSC-nin Birinci vitse-prezidentinin uçuş təhlükəsizliyi əməliyyatları üzrə köməkçisi vəzifəsində çalışır.

Cavid Hümbətov

 “Neqsol Holding” MMC-də Hesabatlılıq və büdcə üzrə menecer vəzifəsində çalışır.

Xamis Seyranov

 “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı üzrə müəllimidir.

Elşən Soltanov

 “Vodafone Qatar" şirkətində Rəqəmsal Transformasiya və Elektron Ticarət Departamentinin rəhbəri vəzifəsində çalışır.

Nazim Novruzov

“Onneks” MMC şirkətində direktor, həmtəsisçi vəzifəsində çalışır.

Samir Kərimov

“189 TAXI” şirkətində icraçı direktor vəzifəsində çalışır.

Fəxri Hüseynov

"Caspian Innovation Center"də Biznes tərəfdaşıdır.

Turxan Süleyman

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin müəllimidir.

Ruslan Mirzəliyev

"5 saylı Dost mərkəzi"nin direktoru vəzifəsində çalışır.

Orxan Zakirov

“Azərbaycan Beynəlxalq Bankı”nda Agile coach vəzifəsində çalışır.

Cəfər Cəfərov

Amerika Birləşmiş Ştatının Corciya Ştatı Universitetində (Georgia State University) riyazi tədqiqatçı və müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda həmin universitetin riyazi iqtisadiyyat ixtisası üzrə doktorantura təhsilini alır.

Məhəmməd Məmmədov

 “JP Morgan" şirkətində investisiya bankı mütəxəssisi vəzifəsində çalışır.

Ləman Qafarzadə

 “Azərbaycan Respublikasının Ali Məhkəməsi”ndə İnzibati işlər üzrə sektor müdiri vəzifəsində çalışır. Eyni zamanda, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində müəllim kimi işləyir.

Vüqar Mirzəzadə

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) icraçı direktorun müavini vəzifəsində çalışır.

Tural Feyzullayev

Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun rəhbəri vəzifəsində çalışır. Bakı Dövlət Universitetində müəllimdir.

Semral Əliyev

BMT-nin İnkişaf Proqramının Astana Dövlət Qulluğu Mərkəzinin Azərbaycan üzrə koordinatoru və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ndə dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.

Saməddin Abbasov

Azərbaycan Respublikasının Mərkəzi Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin aparıcı analitiki vəzifəsində çalışır.

Orxan Qazı zadə

“Azərbaycan Respublikasının Baş Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində" prokuror vəzifəsində çalışır.

Ülkər Məlikov

“PAŞA Holding Competo” MMC-nin İdarə Heyətinin üzvü, Müştəri təcrübəsinin idarə edilməsi departamentinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Biznes Məktəbində MBA üzrə Biznes hüququ və əmək münasibətlərinin idarə edilməsi fənləri üzrə tədbir aparır.

Güldənə Hidayətli

Bakı Ali Neft Məktəbində Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışır. Bakı Ali Neft Məktəbində müəllimdir.

Emil Məmmədli

Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı Qrupunda investisiya inzibatçısı vəzifəsində çalışır.

Arzu Tairquliyeva-Nağıyeva

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərir.

Mustafa Hüseynov

“PaşaPay”də Analitik departamentın direktoru vəzifəsində çalışır.

Əli Əhmədov

"AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.

Elmir Hüseynov

"PAŞA Development" şirkətində Daşınmaz əmlak qrupu üzrə Maliyyə direktoru vəzifəsində çalışır. Eyni zamanda, ADA Universitetində və həmtəsisçisi olduğu "Bridge Academy"də vergi və maliyyə təlimləri üzrə tədris aparır.

Elşən Həziyev

Azərbaycan Respublikası Dövlət Neft Fondunda İnvestisiya departamentində Daşınmaz əmlak şöbəsinin müdiri olaraq çalışır.

Azər Əzimov

Təhsilini Böyük Britaniyanın Şeffild Universitetində (University of Sheffield) EMBA ixtisasının magistratura pilləsi üzrə bitirib. "bp" şirkətində Kommersiya transformasiyasi üzrə qlobal məsləhətçi vəzifəsində çalışır.

Şöhrət İsa-zadə

Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsində bələdiyyə üzvüdür. Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İnteqrə olunmuş Planlama, Optimizasiya və Loqistika seqmenti — İcraçı direktorun müavini vəzifəsində çalışır.

İlyas İsmayıllı

“Azergold” QSC-nin strateji planlaşdırma və layihələrin idarə edilməsi şöbəsində müdir müavini vəzifəsində çalışır.

Elkiyar Ziyadov

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universiteti- Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) müəllim kimi fəaliyyət göstərir.

Camal Nağıyev

Dövlət Məşğulluq Agentliyi Aparatının İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri vəzifəsində çalışır.

Hüseyn Mahmudov

 “PAŞA Holding”də Xarici innovasiyalar üzrə funksional rəhbər vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.

Fərid İsayev

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri vəzifəsində çalışır. Alman-Azərbaycan Xarici Ticarət Palatasında Vergi, Hüquq və Gömrük məsələləri üzrə komitənin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvü və “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun üzvüdür.

Fərrux Məhərrəmli

 “Cybernet” MMC-də Baş transformasiya inzibatçısı vəzifəsində çalışır. Xanbaba Sultanlı

Azərbaycan Respublikası Müdafiə Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsində çalışır.

Nərgiz İsayeva

Dövlət Neft Fondunda İnvestisiya əməliyyatları departamentində müdir müavini vəzifəsində çalışır.

Ramil Abulov

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlıq departamenti, Biznes tərəfdaşlığı şöbəsinin rəisi vəzifəsində çalışır.

Nihad Mənsimzadə

 “Nobel Energy Management” şirkətində Biznesə dəstək üzrə koordinator vəzifəsində çalışır.Mehriban Rəsulova

"PASHA Real Estate"də Təşkilati inkişaf üzrə direktor vəzifəsində çalışır.

Etibar Hüseynov

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nazirin icraçı katibi vəzifəsində çalışır.

Nərgiz İsmayılova

Qarabağ Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsində çalışır.

Vüsalə Bayramova

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabitdir.

Elvin Əlizadə

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində məsləhətçi vəzifəsində çalışır.

Sübhan Əsgərzadə

PD&MS Group şirkətində Planlaşdırma mühəndisi vəzifəsində çalışır.Toğrul Ələkbərov

Dövlət Məşğulluq Agentliyində Mərkəzi Karyera Filialının rəhbəri vəzifəsində çalışır.

Ülviyyə Mehralıyeva

Azərbaycan Respublikası Dövlət Neft Fondunda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Şahin Mahmudzadə

Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru vəzifəsində çalışır.

Toğrul İslam

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Mühasib-Mühasibatlıq Şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Azad Qəribov

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisində kommunikasiya eksperti vəzifəsində çalışır. ADA Universitetində “Qlobal siyasət”, “Dövlət və siyasət” fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Səkinə Vəliyeva

Milli Olimpiya Komitəsinin Marketinq üzrə rəhbəri vəzifəsində çalışır. Həmçinin Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Kanalı Komissiyasının üzvüdür.

Bayram Orucov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Baş katibi vəzifəsində çalışır.

Faiq Hüseynov

Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Fərahim Hacıyev

 “Veysəloğlu Şirkətlər Qrupu”nun Maliyyə nəzarəti və Xəzinədarlıq Direktoru vəzifəsində çalışır.

Xanım Daşdəmirova

Təhsilin İnkişafı Fondunda İdarə heyəti sədrinin müavini vəzifəsində çalışır.İlahə Baxışova Tahirli

Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi vəzifəsində çalışır.

Mirzə Ələkbər Babayev

BƏƏ-də fəaliyyət göstərən "Azerbaijan Trading Corporation" şirkətlər qrupunda Əməliyyatlar üzrə baş direktor (COO) vəzifəsində çalışır.

Şamxal Cəmilzadə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin Baş məsləhətçisi vəzifəsində çalışır. Həmçinin ADNSU və UNEC-də müəllim kimi fəaliyyət göstərir.

Emil Bəşirov

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) standartlarının işlənməsi şöbəsinin rəisi vəzifəsində çalışır.

Əsəd Qurbanzadə

“Agro Dairy” şirkətində kommersiya direktoru vəzifəsində çalışır.

Fərid İsayev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Satınalma kateqoriyalarının idarə olunması departamentinin rəis müavini vəzifəsində çalışır.

İbrahim Məmmədzadə

 “PAŞA Real Estate Group”da İnvestisiya direktoru vəzifəsində çalışır.

Rəsul Həşimov

Təhsilin İnkişafı Fondunda Layihələrin idarəolunması şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Tural Abdullazadə

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyəti sədrinin müşaviri vəzifəsində çalışır.

Vüqar Mamedov

 “Agro Food İnvestments” MMC-də Baş strategiya və investisya inzibatçısı vəzifəsində çalışır.

Teymur Rəhimov

“bp” şirkətində layihə mühəndisi vəzifəsində çalışır. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində layihələrin idarə olunması fənni üzrə müəllim kimi fəaliyyət göstərir.

Orxan Şamilzadə

NORM ASC-də CAPEX koordinator vəzifəsində çalışır.

Təbriz Əmmayev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə mühazirəçi/diplom rəhbəri kimi fəaliyyət göstərir.

Sənan Mustafayev

PAŞA Bank ASC-də Hesabatlılıq departamentinin direktoru vəzifəsində çalışır.

Cəfər Nəcəfli

Delivery Hero Holding-də Qrup üzrə baş menecer (Group Senior Manager) vəzifəsində çalışır.

Qaraxan Şirinli

Azərbaycan Supermarkets MMC-də Risk idaretmə və biznes prosesləri üzrə direktor vəzifəsində çalışır.

Kamal Hüseynli

 “ADY Ekspress” MMC-nin direktor müavini vəzifəsində çalışır.

Şəfəq Həsənəlizadə

Bakı Baş Gömrük İdarəsində böyük inspektor vəzifəsində çalışır.

Günel Musayeva

Dövlət Neft Fondunda baş investisiya təhlilçisi vəzifəsində çalışır.

Toğrul Yaqublu

“FinTrend” BOKT-da daxili audit vəzifəsində çalışır.

Səbuhi Göyüşov

PAŞA Həyat Sığorta ASC-də Hüquq departamentinin direktoru vəzifəsində çalışır.

İsmayıl Hüseynov

Sahibkarlığın İnkişafı Fondunun Layihələrin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır.

Orxan İsgəndərov

 “Azerconnect Group”da İnsan resurslarının idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsində çalışır.

Salman Babazadə

Azərkosmosda aparıcı satış meneceri vəzifəsində çalışır. Həmçinin, Xəzər Universitetində sahibkarlıq, innovasiyaların, satışın və strategiyanın idarəolunması fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Nicat Qocayev

Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışır.

Ayaz Əhmədzadə

"Avromed Company" QSC-də Şəxsi Brend markalar üzrə departament rəhbəri vəzifəsində çalışır.

Seymur Hüseynov

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

Aslan Həsənli

"Baku Electronics" MMC-də Marketinq departamentinin direktoru vəzifəsində çalışır.

Anar Qasımov

Azərbaycan Dəmir Yolları QSC-də Strateji inkişaf departamentinin müdiri vəzifəsində çalışır.

Rüfət Məmmədxanlı

"Unibank" Kommersiya Bankı" ASC-də Hüquq və təşkilati işlər departamentinin direktoru vəzifəsində çalışır. ADA Universitetində maliyyə bazarları hüququ və əmək hüququ fənləri, “Bridge Academy”də isə mülki hüquq və əmək hüququ fənləri üzrə müəllimdir. Vəkillər Kollegiyasının üzvü, vəkildir.

İnsafəli Səmədov

 “Develor Azerbaijan” şirkətində baş təlim məsləhətçisi vəzifəsində çalışır.

Eyyub Fətəliyev

 “Azercell Telecom” MMC-də bölüm rəhbəri vəzifəsində çalışır. Vəkillər Kollegiyasının üzvü, vəkildir.

Şahlar Məmmədov

“KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Nümayəndəliyində baş hüquq meneceri vəzifəsində çalışır. ADA Universitetində hüquq sisteminin əsasları və kommersiya hüququ fənləri üzrə müəllimdir. Vəkillər Kollegiyasının üzvü, vəkil və İngiltərə və Uels Hüquq Cəmiyyətinin (İUHC) üzvü, solisitor statusuna sahibdir.

Elnur Abdullazadə

 “Azərlotereya ASC”də Baş maliyyə direktoru vəzifəsində çalışır.

Kamran Ələsgərov

 “bp” şirkətində quyular üzrə baş mühəndis vəzifəsində çalışır.

Fərid Mustafayev

Azərbaycan Respublikasının Mərkəzi Bankında model risklərinin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində çalışır.

Kamran Sadıxlı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində iqtisadiyyat və strateji planlama şöbəsinin strateji planlaşdırma sektorunun müdiri vəzifəsində çalışır.

İbrahim Məmmədov

“Tabaterra Leaf” MMC-də maliyyə və mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda, ACCA (Association of Chartered Certified Accountants) təşkilatının üzvüdür.

Məmməd Balacanov

EY (Ernst & Young) Azərbaycan şirkətində direktor/hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışır. ADA Universitetində öhdəlik hüququ fənni üzrə müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, Vəkillər Kollegiyasının üzvü, vəkildir.

Məmməd Həsənov

 “Kapital Bank” ASC-də pərakəndə risk texnologiyaları sahəsinin məhsul sahibi vəzifəsində çalışır.

Qoşqar Daşdiyev

 “Kapital Bank” ASC-də birbaşa satış və xidmət şöbəsinin meneceri vəzifəsində çalışır.

Şəhriyar Həsənverdiyev

 “PAŞA Property Management” şirkətində təchizatın idarəedilməsi və daxili nəzarət üzrə icraçı direktoru vəzifəsində çalışır.

Əli Kərimli

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qrup rəhbəri vəzifəsində çalışır.

Elnur Mirzəzadə

 “CIBC Global” MMC-də rəqəmsal layihə meneceri vəzifəsində çalışır.Orxan Nağıyev

 “AzərGold” QSC-də müdir müavini vəzifəsində çalışır.Numrəddin Hüseynov

“Bakcell” MMC-də marketinq ünsiyyət vasitələri üzrə bölmə rəhbəri vəzifəsində çalışır.Mirqəni Hüseynli

Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) aparıcı müştəri mühəndisi vəzifəsində çalışır.Əliağa Ağayev

 “ExxonMobil” Macarıstan şirkətində maliyyə hesabatlarının bağlanışı, konsolidasiyası və xarici hesabatlılıq üzrə maliyyə rəhbəri vəzifəsində çalışır.

Ramil Hüseynzadə

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasının rəisi vəzifəsində çalışır.

Toğrul Xəlilov

 “Kapital Bank” ASC-də satış kanalları departamentinin direktoru vəzifəsində çalışır.Fatimə Eyyub

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi vəzifəsində çalışır. Vəkillər Kollegiyasının üzvü, vəkildir.Elnur Məmmədli

Rəqəmsal transformasiya üzrə müstəqil konsultant kimi fəaliyyət göstərir.

Fərid Hüseynov

 “Azərbaycan Hava Yolları” QSC-də daxili və xarici kommunikasiyalar şöbəsinin rəisi vəzifəsində çalışır.

İrşad Əsgərxanlı

 “Agro Food Investments” MMC-də daxili audit icraçı direktoru vəzifəsində çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
modern.az

2Mənbələr