Tovuzda qətl hadisəsi baş verib.
Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Əyyublu kəndinin sakini 1973-cü il təvəllüdlü Vasif Qurbanov kəsici alətlə qətlə yetirilib.
Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.