AZ

Daha çox insan EV SAHİBİ olacaq – Ekspertdən AÇIQLAMA

Dövlət İpoteka Fondunun nizamnamə kapitalının artırılması vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarını genişləndirəcək.

Far.Az-ə açıqlamasında bu barədə əmlak məsələləri üzrə ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, fonda ayrılan əlavə maliyyə resursları sosial yönümlü rifahı artıracaq:

"Kapitalın artırılması ipoteka kreditlərinin həcminin genişlənməsinə, daha çox vətəndaşın ev sahibi olmasına şərait yaradacaq. Bu isə ipotekaya əlçatanlığı artıracaq."

Ekspert qeyd edib ki, nəticədə yaxın illərdə ipoteka ilə mənzil alanların sayı artacaq, bu da əmlak bazarında dinamikanı gücləndirəcək.

Şahanə Xankişiyeva

Seçilən
18
1
far.az

2Mənbələr