AZ

Yük maşını mal-qaraya çırpıldı

Ajans.az xəbər verir ki, hadisə Səfikürd-Naftalan avtomobil yolunun Goranboy rayonunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayonunun Qarqucaq kənd sakini, 1966-cı il təvəllüdlü C.İbrahimov idarə etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsinə məxsus “Qazel” markalı avtomobillə hərəkətdə olan zaman rayonunun Səfikürd kənd sakini, 1974-cü il təvəllüdlü Allahverdiyev Teymur Tahir oğluna məxsus 1 baş iri buynuzlu mal-qaranı vurub. Mal-qara hadisə yerində tələf olub. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
4
Ajans.az

6Mənbələr