AZ

Bill Gates-ə məxsus olduğu deyilən super yaxta satışa çıxarılır

Bill

Tikinti mərhələsində Bill Gates-ə məxsus olduğu iddia edilən dünyanın ilk hidrogenlə işləyən super yaxtası Breakthrough (azərbaycanca: Çığır Açan), sentyabr ayında keçiriləcək Monako Yaxta Sərgisində satışa çıxarılacaq.Niderlandda yerləşən Feadship Tersanəsi tərəfindən inşa edilən və Edmiston adlı yaxt brokerlik şirkətinin sifarişi ilə hazırlanan bu 119 metrlik Breakthrough, suya buraxıldıqdan sonra tamamilə hidrogen enerjisi ilə işləyən ilk super yaxta olaraq tarixə düşüb.Daxilində kinoteatr, iki ofis, kitabxana, basketbol meydançası və demək olar ki, tam təchizatlı xəstəxana otağı da olan bu yaxtanın Microsoft-un sahibi Bill Gates-ə məxsus olduğu barədə iddialar ortaya atılsa da, bu şayiələr təsdiqlənməyib.Edmiston şirkəti sentyabrda Monakoda keçiriləcək sərgidə yaxtanı nümayiş etdirəcəyini və satışa çıxaracağını açıqlayıb. Yaxtanın satış qiyməti 645 milyon dollar olaraq müəyyən edilib.Dörd mərtəbəli ev kimi dizayn edilən bu super yaxtada 12 qonaq kabinası və 2 heyət kabini var. Ümumilikdə 44 nəfərlik ekipajın işləyə biləcəyi Breakthrough-un 14 eyvanı mövcuddur.Ulusum.az

Diqqət Çəkənlər

Rubio 2028-ci il üçün “ prezident namizədi”ni açıqladı

Bakıdakı möhtəşəm konsertə görə hərəkət məhdudlaşdırıldı

Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı

Seçilən
7
ulusum.az

1Mənbələr