“Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şervoni Mabatşoevi komandadan ayrılıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Tacikistanlı futbolçu ötən mövsümün qış fasiləsində komandaya cəlb olunmuşdu.
24 yaşlı yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.
Qeyd edək ki, "Kəpəz" bunadək Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynov və Nemət Musayevlə də yollarını ayırıb.