"Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəqib qardaş ölkənin I Liqa təmsilçisi “Keçiörengücü” olacaq.
Tovuzluların Türkiyədə keçirəcəyi ikinci yoxlama oyunu iyulun 29-da baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl iyulun 29-da Cənubi Azərbaycanın "Traktor"komandası ilə qarşılaşacağını açıqlamışdı. Sonradan həmin görüş təşkilati və klubdan asılı olmayan səbəblərdən ləğv olunub.