AZ

ABŞ THAAD sistemlərinin 1/4 ni İran üçün işlədib

Azvision saytına istinadən ain.az xəbər verir.

Məsələdən məlumatlı iki adı çəkilməyən mənbənin "CNN" telekanalına verdiyi məlumata görə, bu, 100-150 THAAD ballistik raketi deməkdir ki, hər birinin qiyməti 12,7 milyon dollardır. "Maraqlıdır ki, ABŞ ötən il cəmi 11 THAAD raketinin istehsalını həyata keçirib. Bu il də cəmi 12 THAAD-ın istehsalı nəzərdə tutulur", – "CNN" bildirir. Telekanal, eyni zamanda, Amerika Milli Təhlükəsizliyi üzrə Yəhudi İnstitutunun (JINSA) hesabatına istinadən diqqətə çatdırıb ki, 12 günlük müharibə ərzində İran raketlərinin təxminən yarısı məhz THAAD-lar vasitəsilə sıradan çıxarılıb. Qalan raketlər isə İsrailə məxsus "Arrow-2" və "Arrow-3" müdafiə sistemləri ilə vurulub. JINSA-nın məlumatında həmçinin bildirilib ki, İran müharibə dövründə İsrail ərazisinə doğru ümumilikdə 500-dən çox raket buraxıb. Onlardan 201-i zərərsizləşdirilib. Hücumlar nəticəsində İsraildə 29 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. İki universitet, bir xəstəxana və 240 binada 2305 mənzilə ziyan dəyib. 13 mindən çox israilli öz yurd-yuvasından didərgin düşüb. Firudin Həmidli Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azvision.az

2Mənbələr