"Fənərbağça" klubu PSJ-nin futbolçusu Milan Şkrinyarı birdəfəlik transfer etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul klubunun idman direktoru Devin Özek bu transferi tamamlamaq üçün hazırda Parisdədir.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Şkrinyar bu dəfə birdəfəlik "Fənərbağça"ya transfer olacaq. Onunla 4 illik müqavilə imzalanacaq. Slovakiyalı müdafiəçi illik 7.5 milyon avro məvacib qazanacaq.
O, bu ilin yanvarında icarə əsasında "sarı-lacıvərdlilər"ə keçmişdi. Təcrübəli müdafiəçi burada 23 oyuna çıxıb və 3 qol vurub.