AZ

Nigardan geyimi ilə bağlı SƏRT CAVAB: “Hicablı olub, namaz qılıb...”

Tanınmış müğənni Nigar Camal sosial şəbəkələrdə onun ünvanına səsləndirilən tənqidlərə və bəzi şəxslərin qeyri-səmimi yanaşmalarına münasibət bildirib.

Publika.az xəbər verir ki, o, sənət yolunda heç bir kölgədə gizlənmədiyini və daim öz zəhməti ilə irəlilədiyini qeyd edib:

“Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucaya qaldırmaqla tanınmışam. Bunu da uca Azərbaycan Dövləti hər zaman dəyərləndirib”.

Sənətçi qadın azadlığı və geyim mövzusunda da sərt mövqe sərgiləyib:

“Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Mən səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur!”

Seçilən
37
5
publika.az

9Mənbələr