Bakı. Trend:
İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi və “YAŞAT”Fondunun təşkilatçılığı ilə Londonda üçüncü “YAŞAT” yay məktəbibaşlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılışimtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirakedir.
Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünügenişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarınıinkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkanyaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstəkgöstərməkdir.
İyulun 20-dən avqustun 3-dək davam edəcək “YAŞAT” yay məktəbiLondon Universitet Kollecində təşkil olunub. Proqram müddətindəiştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərindəiştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərəmaraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.
“Bakcell” bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfəverən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıqstrategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyadainnovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafınayönəlmiş sosial layihələrə dəstək şirkətin əsasprioritetlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fonduilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədarəlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraqhəyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və “YAŞAT” Fonduarasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyatakeçirilir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan "Bakcell" süni intellekt əsaslıinnovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir."Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.