AZ

Aptekdən oğurluq edən gənc saxlanıldı

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
73
34
publika.az

10Mənbələr