İsveçrə millisinin futbolçusu Qranit Caka Almaniyanın “Bayer” (Leverkuzen) komandasından ayrılıb.Metbuat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.32 yaşlı oyunçu İngiltərənin “Sanderlend” klubuna keçib. Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.
Bundesliqa təmsilçisi bu keçiddən 20 milyon avro qazanacaq.